Dek
2020
19:35
279
57
5379
Virtual karabakh

Daşkəsənin İcra başçısına yeni müavin təyin olundu - FOTO

4 Dek, 2020
19:35
5379

Daşkəsənin İcra başçısına yeni müavin təyin olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısına müavin təyin olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, icra başçısı Əhəd Abıyevin 04.12.2020-ci il tarixli əmri ilə Vüqar Məmmədov başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifədə işləyən Cavanşir Qocayev dövlət qulluğunda olmanın yaş həddinə çatdığına görə təqaüdə göndərilmişdi.

Məmmədov Vüqar Xanlar oğlu 15 oktyabr 1978-ci ildə Daşkəsən şəhərində anadan olub. Ali təhsillidir, Bakı Dövlət Universitetini bitirib.

2000-2002-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2002- 2007-ci illərdə orta məktəbdə müəllim işləyib.

2007-ci ildən Daşkəsən Rayon İcra Hakimiyyətində hüquqşunas-məsləhətçi, Təhsil, Səhiyyə və Mədəniyyət məsələləri üzrə şöbədə böyük məsləhətçi, İnformasiya təminatı və təhlil sektorunda aparıcı məsləhətçi daha sonra həmin sektorun müdiri işləyib.

“Dağlıq regionlarda sosial-iqtisadi inkişaf, işsizlik əleyhinə mübarizə və turizm problemləri” mövzusunda 2003-cü ildə 6 ay müddətinə İspaniyanın Saraqosa Universitetində və İtaliyanın Belluno tədris mərkəzində təhsil alıb.

2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” analitik- informasiya sisteminin – RİAİS proqram təminatı üzrə kursu bitirib.

Ailəlidir. Üç övladı var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri