Dek
2020
00:42
15
373
5555
Virtual karabakh

FHN-dən Samuxdakı partlayışla bağlı AÇIQLAMA - YENİLƏNİB

5 Dek, 2020
00:42
5555

FHN-dən Samuxdakı partlayışla bağlı AÇIQLAMA - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər verir ki, partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb.

Yanğın nəticəsində evin bir otağında iki ədəd döşək yanıb. Hadisə zamanı bir nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

4 dekabr, 22:56

Samuxda qaz partlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kəndində qeydə alınıb.

Kənd sakini, 1996-cı il təvəllüdlü Cəlal Qurbanov ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Yaralıya lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, C.Qurbanov evdə işığı yandıran zaman partlayış baş verib. Təfərrüatlar araşdırılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri