Dek
2020
02:12
15
401
3433
Virtual karabakh

İmişlidəki qəzada bir ailənin səkkiz üzvü xəstəxanalıq oldu, ikisi azyaşlıdır - YENİLƏNİB

5 Dek, 2020
02:12
3433

İmişlidəki qəzada bir ailənin səkkiz üzvü xəstəxanalıq oldu, ikisi azyaşlıdır - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişlidə baş verən yol-nəqliyyat hadisəsində bir ailənin 8 üzvü xəsarət alıb.

APA-nın məlumatına görə, hadisə İmişli rayonunun Şahverdili kəndində qeydə alınıb.

Qəza zamanı “QAZ-24” markalı avtomobil yağışlı havada “Shacman” markalı yük avtombili ilə toqquşub. Nəticədə minik avtomobilində olan İmişli rayonunun Qaragüvənlik kənd sakinləri - 1987-ci il təvəllüdlü Əliyev Pərviz Səftər oğlu, 1994-cü il təvəllüdlü Əliyeva Aygül Hilqət qızı, 2016-cı il təvəllüdlü Əliyev Sabir Pərviz oğlu, 2017-ci il təvəllüdlü Əliyev Hüseyn Müslüm oğlu, 1986-cı il təvəllüdlü Əliyeva Aytel Ağayar qızı, 1988-ci il təvəllüdlü Əliyev Müslüm Səftər oğlu, 1978-ci il təvəllüdlü Gülmalıyeva Zeynəb Məhyəddin qızı və 2003-cü il təvəllüdlü Gülmalıyev Fərhad Abdulla oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirlib. 

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

01:00

İmişlidə ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə İmişli rayonunun Şahverdilər kəndində qeydə alınıb.

Minik maşınlarının toqquşması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan xəstəxanasına və digər xəstəxanalara aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri