Dek
2020
14:11
312
42
1346
Virtual karabakh

Zərdabda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi saxlanıldı - FOTO/VİDEO

5 Dek, 2020
14:11
1346

Zərdabda yaşayış yerini qanunsuz tərk edən COVID-19 xəstəsi saxlanıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi rayonun Pərvanlı kəndində yaşayan Fərahim Məmmədovun virusun daha çox yayılmasına şərait yaratdığı  müəyyən edilib. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlarına, həmçinin telefon vasitəsi ilə ona yaşayış yerini tərk etməmək barədə sms göndərilməsinə baxmayaraq bu göstərişlərə əməl etməyib. Yaşadığı ünvanı bir neçə dəfə tərk edən Fərahim Məmmədov Pərvanlı kəndinin inzibati ərazisində ictimai yerlərdə olması polislər tərəfindən müəyyən edilib. Polislər tibbi prosedurları gözləməklə E.Məmmədovu yaşadığı evə qaytarıblar.

Onun barəsində Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri