Dek
2020
11:38
15
278
4932
Virtual karabakh

Üç dəfə ərə gedən, xoşbəxtliyi axtaran qadın - VİDEO

5 Dek, 2020
11:38
4932

Üç dəfə ərə gedən, xoşbəxtliyi axtaran qadın - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış teleaparıcı Ramal Hüseynovun “Dalan 18+” verilişinin yeni buraxılışı yayımlanıb. 
Budəfəki buraxılışın qonağı xoşbəxtlik axtaran 40 yaşlı Günaydır. 

Uşaq vaxtlarından kasıb və ehtiyac içində böyüyən Günay anasından mütəmadi fiziki və psixoloji şiddət görür. Anasının verdiyi əziyyətlərdən tez qurtulmaq üçün erkən ailə həyatı qurmağı qəbul edir və ilk evliliyini anasının seçimi və təkidi ilə edir. 

Günay bu evliliyi həyatının xilas yolu kimi görsə də, sevinci çox sürmür. Övlad sahibi ola bilmədiyi və süni mayalanma ilə uşaq sahibi olmağı qəbul etmədiyi üçün ərindən ayrılır. 

Bu boşanmadan sonra xoşbəxt olmaq ümidi ilə müxtəlif vaxtlarda daha iki uğursuz ailə həyatı qurur. İkinci evliliyi boşanmış və dörd oğlan atası olan bir kişi ilə baş tutur. Bu evlilikdən Günay qız uşağına hamilə qalır, lakin yoldaşı qız uşaqlarını sevmədiyi üçün Günayın qarşısına şərt qoyur və Günayı selektiv aborta (cinsə görə abort) məcbur edir. 

Günayın iki seçimi var idi: ya qız uşağını abort etməli idi, ya da boşanmalı idi. Boşanmağı seçən Günay qız övladı ilə təkrar anasının evinə qayıdır. Bir müddət sonra Günay üçüncü dəfə evlənir. Bu dəfə iki övlad atası ilə ailə qurur və onun həyatında bütün acılar bundan sonra başlayır. 

Günayın faciəvi həyat yolundan bəhs edən həmin buraxılışı təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri