Dek
2020
11:52
411
18
8523
Virtual karabakh

Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ + VİDEO

5 Dek, 2020
11:52
8523

Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən onların ailə üzvlərinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan hüquqları təmin olunub.

Onların böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq həm Prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb. Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.

Qeyd edək ki, Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri