Dek
2020
13:45
632
22
1715
Virtual karabakh

Dəmir Muxetdinov: “Dağlıq Qarabağda 70 müsəlman məbədinin müdafiə və bərpaya ehtiyacı var”

5 Dek, 2020
13:45
1715

Dəmir Muxetdinov: “Dağlıq Qarabağda 70 müsəlman məbədinin müdafiə və bərpaya ehtiyacı var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bütün dinlərin abidələri və onların konfessional mənsubiyyətlərini qorumaq, həmçinin orada ibadətləri davam etdirmək lazımdır.

“RİA Novosti”nin məlumatına görə, bunu Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi sədrinin birinci müavini Dəmir Muxetdinov bildirib.

“Məbədin hansı dinə mənsub olmasından asılı olmayaraq, biz həmişə bu abidələrin qorunmasına, orada ibadətlərin həyata keçirilməsinə və Allahın adının tərənnüm edilməsinə çağıracağıq. Bu ibadətgahlar öz konfessional mənsubiyyətini saxlamalıdırlar”, - deyə Muxetdinov bildirib.

O, Dağlıq Qarabağda 70 müsəlman məbədinin müdafiə və bərpaya ehtiyacı olmasına xüsusilə diqqət çəkib.

“Qarabağda bir çox məscidlər təhqir edilib, donuz tövləsinə çevrilib. Divarlara kimlərsə adlar və ədəbsiz sözlər yazıb”, - deyə Rusiya Müsəlmanları Ruhani İdarəsinin nümayəndəsi təəssüflə vurğulayıb.

Muxetdinov Azərbaycan hakimiyyətinin həm müsəlman, həm də xristian ziyarətgahlarını bərpa edəcəyinə inandığını bildirib.

“Azərbaycanda fərqli konfessiyaların nümayəndələri ilə görüşdüm - onlar Azərbaycan hakimiyyətinin dini siyasətini dəstəklədiklərini söyləyirlər. Ölkə Prezidenti bütün konfessiyaların məbədlərinə diqqətlə yanaşır. Dövlət onların bərpası üçün vəsait ayırır”, - deyə Muxetdinov vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri