Dek
2020
19:29
45
684
11398
Virtual karabakh

Bakıda hündürmərtəbəli binada yanğın olub, 12 nəfər təxliyyə edilib - YENİLƏNİB

5 Dek, 2020
19:29
11398

Bakıda hündürmərtəbəli binada yanğın olub, 12 nəfər təxliyyə edilib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin Nizami rayonunda 17 mərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, binanın ikinci mərtəbəsindən damına qədər şaxta boyunca elektrik kabelləri 48 p.m yanıb. Yanğın zamanı 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

17:59

Bakı şəhəri, Nizami rayonunda 18 mərtəbəli yaşayış binasında yanğın olub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, binanın şaxtasında elektrik naqilləri yanıb.

Hazırda yanğınsöndürmə işləri və digər təxirəsalınmaz xilasetmə tədbirləri həyata keçirilib.
Yanğın məhdudlaşdırılıb, yanğının yayılma təhlükəsi yoxdur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri