15 
Dek
2020
16:22
55
259
11232
Virtual karabakh

Azərbaycanda vaksinasiyanın ilkin olaraq kimlər arasında aparılacağı açıqlandı

15 Dek, 2020
16:22
11232

Azərbaycanda vaksinasiyanın ilkin olaraq kimlər arasında aparılacağı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycana gətirilən vaksinlər ilk olaraq risk qruplarına vurulacaq ki, bunların başında da səhiyyə işçiləri gəlir”. 

Oxu.Az-ın müxbirinin məlumatına görə, bunu mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ikinci növbədə 65 yaşdan yuxarı xəstəlikləri olanlar vaksinasiya ediləcəklər.

O qeyd edib ki, hər bir vaksinin əlavə təsirləri ola bilər:

“Bu barədə məlumat istehlakçının qeydində əksini tapır. Qeyddə verilənlər seçəcəyimiz vaksində də əhəmiyyətli rol oynayır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri