26 
Dek
2020
16:30
160
77
4134
Virtual karabakh

Öz brendinizi necə yarada bilərsiniz? - FOTO

26 Dek, 2020
16:30
4134

Öz brendinizi necə yarada bilərsiniz? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sabi_organic_cosmetics” brendinin qurucusu, eyni zamanda keçmiş balerina, rəqqasə, xoreoqraf, iqtisadçı, yaxşı həyat yoldaşı və iki ecazkar övlad anası olan Səbinə Mirzoeva Media.Az-a müsahibə verib.

Onun sözlərinə görə, ailəsinə yaxın bir insan, kifayət qədər tanınmış bir kosmetoloq ona bu yolda kömək edib:

“Bir tərəfdən mən özüm həmişə bu işlə məşğul olmuşam, davamlı oxuyub öyrənmişəm, digər tərəfdən də təhsil təlimləri çərçivəsində o bəzi sirlərini mənimlə paylaşıb. Əvvəlcə bir şey alınmırdı, amma mən təslim olmadım və dönə-dönə cəhd etdim. Beləliklə, tədricən üz, saçlar üçün maskalar, skrablar, toniklər və s. öz fərdi reseptlərimi yaratmağa başladım”.

O deyib ki, təqdim etdikləri yalnız əl işi (handmade) deyil, həm də digər ölkələrdən idxal olunan məhsullardır. Gələcəkdə kosmetik məhsulların siyahısını genişləndirməyi planlaşdırır, yalnız qulluq deyil, dekorativ kosmetika da yaradacaq və idxal edəcək. Bundan əlavə, o, məhsullarını başqa ölkələrə ixrac etməyi də planlaşdırır.

Səbinə xanım faydalı məsləhətlər də verib:

“Əvvəlcə dəriyə qulluğu düzgün qaydada seçməyinizi tövsiyə edirəm. Dəriyə qulluq maska və kremlə deyil, bir çox qadının hələ də laqeyd olduğu təmizləmədən başlayır. İki, üç və dörd mərhələli təmizləyici vasitələr var.

Və yalnız bundan sonra toniklərə, tonerlərə, serumlara, daha sonra kremlərə və maskalara keçmək lazımdır. Bundan əlavə, bütün dəri növlərinin sahibləri onu nəmləndirməyi unutmamalıdırlar.

Evdə maskalar düzəltmək üçün əzilmiş yulaf, yulaf unu, krem, bal (allergiya yoxdursa), yumurta sarısı, kəsmik və yaxşı yemək yağlarından istifadə etməyinizi məsləhət görürəm”.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri