29 
Dek
2020
13:26
171
48
2428
Virtual karabakh

Oxu.Az-ın əməkdaşı jurnalistlər üçün keçirilən müsabiqənin qalibi oldu - FOTO

29 Dek, 2020
13:26
2428

Oxu.Az-ın əməkdaşı jurnalistlər üçün keçirilən müsabiqənin qalibi oldu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, “Azercell Telekom” MMC-nin dəstəyilə jurnalistlər arasında “Innoweek – İnnovasiya həftəsi 2020”yə həsr olunmuş müsabiqənin nəticələri açıqlanıb.

Qurumdan verilən məlumata görə, münsiflər heyətinin qərarına əsasən, “Innoweek – İnnovasiya həftəsi 2020” haqqında ən yaxşı veriliş nominasiyasında ARB televiziyasının “İş vaxtı” verilişi seçilib.

Proqramda ümumilikdə “Innoweek – İnnovasiya həftəsi 2020” haqqında geniş məlumat verilib. Studiyaya dəvət olunan qonaqla həftənin ən mühüm tədbirləri müzakirə olunub, canlı bağlantılar edilib. 

Ən yaxşı TV süjet CBC televiziyasında yayımlanıb. Jurnalist Nigar Rəhmanovanın hazırladığı süjet “Kibertəhlükəsizlik” mövzusu və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin yaratdığı “Ağıllı həllər”ə həsr edilib. 

Ən yaxşı məqalə nominasiyasının qalibi Oxu.Az saytı olub. Müəllif İlhamə Əbülfət qadınların İKT-dəki rolunu, bu sahədə görülən işləri və yaradılan şəraiti ətraflı araşdırıb. 

Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri