29 
Dek
2020
17:36
543
70
13545
Virtual karabakh

Yoluxanların sayında kəskin azalma: Sərt karantin ləğv edilə bilərmi? - VİDEO

29 Dek, 2020
17:36
13545

Yoluxanların sayında kəskin azalma: Sərt karantin ləğv edilə bilərmi? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda koronavirusa həm yoluxanların, həm də virusun qurbanı olanların sayında azalma müşahidə edilir. Ötən həftələrdə yoluxma sayı 4 min ətrafında idisə, ötən gün yoluxma sayı 772 nəfərə düşüb. 

Həkim Ramin Nəriman bildirib ki, xəstələrin sayı çox olsa da, sərt karantin rejimi artıq müsbət təsirini göstərməyə başlayıb:

“Hazırda xəstələrin sayı kifayət qədər çoxdur. Aktiv xəstə sayı 41 min nəfərdir. Baxmayaraq ki, modul tipli xəstəxanalar da tikilib və digər dövlət xəstəxanaları da bu işə cəlb olunublar, hələ də xəstəxanalarda yer sayı məhduddur. Əvvəlki günlərlə müqayisədə təcili tibbi yardım maşınları seçim edərək daha ağır xəstələri götürürdüsə, indi nisbətən daha yüngül xəstələr xəstəxanada müalicə almaq imkanı əldə edirlər”. 

Həkimin sözlərinə görə, hazırda xəstələrin sayında təqribən 20 faiz azalma müşahidə olunur. Yaxın günlərdə belə vəziyyət davam edərsə, aktiv xəstə sayının yarıya qədər azalacağı gözlənilir. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri