30 
Dek
2020
17:24
80
32
1091
Virtual karabakh

MDB iştirakçı dövlətlərinin gənclər təşkilatları bir araya gəldi - FOTO

30 Dek, 2020
17:24
1091

MDB iştirakçı dövlətlərinin gənclər təşkilatları bir araya gəldi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

MDB iştirakçı dövlətlərinin gənclər təşkilatlarının VI forumu keçirilib.

Onlayn formatda baş tutan forumun açılış mərasimində Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev, Qazaxıstan Respublikasının Gənclər və Ailə məsələləri üzrə Komitəsinin sədri Şahmardan Baymanov, Tacikistan Respublikasının Nazirlər Kabineti yanında Gənclər və İdman Komitəsinin sədrinin birinci müavini Rizo Nazarzoda, Rusiya Federasiyasının Elm və Ali təhsil Nazirliyinin dövlət gənclər siyasəti departamentinin rəhbəri Denis Aşirov və digər rəsmi şəxslər çıxış ediblər. Azərbaycan, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanı təmsil edən 30-dan artıq gənclər təşkilatlarının nümayəndələri də forumda fəal iştirak ediblər.

Forum çərçivəsində 3 plenar sessiya - “MDB gənclər paytaxtı” dövlətlərarası proqramın əsasnamə layihəsinin müzakirəsi, “MDB iştirakçı dövlətlərinin gənclər təşkilatlarının Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə əməkdaşlığı” və “Pandemiya dövründə MDB iştirakçı dövlətlərində gənclər siyasətinin təşkili üzrə təcrübə” təşkil olunub.

Tədbir iştirakçıları forumun yekununa dair Qətnamə qəbul ediblər. Qətnamədə “MDB gənclər paytaxtı” dövlətlərarası proqramın əsasnaməsinin qəbul edilməsinin vacibliyi, Azərbaycan Respublikası və bir sıra MDB iştirakçı dövlətlərində həyata keçirilən “DİM üzrə gənc səfirlər” layihəsinin təcrübəsinə istinadən “MDB iştirakçı dövlətlərinin DİM elçiləri” proqramının hazırlanmasının vacibliyi və “COVID- 19” pandemiyası ilə aparılan mübarizəyə könüllülərin və gənclər təşkilatlarının nümayəndələrinin cəlb olunmasının vacibliyi vurğulanıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri