Yan
2021
12:11
308
37
3340
Virtual karabakh

Bakıda bahalı xarici avtomobilləri qaçıran şəxs tutuldu

1 Yan, 2021
12:11
3340

Bakıda bahalı xarici avtomobilləri qaçıran şəxs tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində başqalarına məxsus avtomobilləri qaçıran şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, dekabrın 30-da, saat 08:30 radələrində Buzovna qəsəbəsində 1980-ci il təvəllüdlü yerli sakin Vasif Əliyevə məxsus “Opel” markalı avtomobil qaçırılıb.

Kişi avtomobili qapısı açıq vəziyyətdə qoyub və bir neçə dəqiqə uzaqlaşıb. Ancaq geri qayıdanda maşın yerində olmayıb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polis Binə qəsəbəsi ərazisində avtomobili qaçıran şəxsi saxlayıb. Onun əvvəllər Cinayət Məcəlləsinin 185-ci maddəsi ilə oxşar cinayətə görə məhkum edilən 1988-ci il təvəllüdlü Anar Səfərov olduğu müəyyənləşdirilib.

İstintaq zamanı saxlanılan şəxsin bir neçə gün əvvəl paytaxtın Nərimanov rayonunda başqa bir avtomobilin qaçırılmasında iştirakı məlum olub, hansı ki, bu barədə Oxu.Az xəbər vermişdi.

21 dekabr saat 20:00 radələrində 1982-ci il təvəllüdlü Mehman Mehralıyev Ağa Nemətulla küçəsində “Infiniti FX-35”i qaçırıb.

Bu avtomobilin sahibi də mühərriki işləyən avtomobili tərk edərək uzaqlaşıb və geri qayıtdıqda onun qaçırıldığını görüb.

Ramella İbrahimxəlilova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri