Yan
2021
17:16
128
516
32925
Virtual karabakh

Azərbaycanda karantin rejimi yumşaldılır? - RƏSMİ

7 Yan, 2021
17:16
32925

Azərbaycanda karantin rejimi yumşaldılır? - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yanvarın 18-dən sonra karantin qaydalarının yumşaldılması barədə nə qərarın verilməsi ilə bağlı məndə heç bir məlumat yoxdur”. 

Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, bu barədə qərarı Nazirlər Kabineti yanında operativ qərargah yoluxma statistikasına baxaraq, qəbul edir:

“Hələlik bu barədə məlumat yoxdur”.

O qeyd edib ki, xəstəliyə qalib gəlmək üçün qaydalara riayət etməliyik:

“Həkimlərin sözünə riayət edib, sosial mediada yayılan əsassız fikirlərin arxasınca getməsək, ümid edirəm ki, 2021-ci ili pandemiya ilə bağlı daha rahat keçirə bilərik”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri