11 
Yan
2021
15:09
28
306
6494
Virtual karabakh

Azərbaycanda həkim travmatoloq koronavirusdan vəfat etdi

11 Yan, 2021
15:09
6494

Azərbaycanda həkim travmatoloq koronavirusdan vəfat etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Salyan rayonunda həkim travmatoloq koronavirusdan vəfat edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə,Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu Ramazan Əhmədov bir müddət əvvəl koronavirusa yoluxub. 

Müalicəsi davam etsə də, vəziyyəti ağırlaşdığından onu Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.

Lakin həkimlərin bütün səylərinə baxmayaraq R.Əhmədov bu gün koronavirusdan dünyasını dəyişib.

Məlumatı Salyan Rayon Mərkəzi Xəstəxanasından redaksiyamıza təsdiq ediblər. Bildiriblər ki, həkim təxminən bir neçə saat əvvəl vəfat edib.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri