11 
Yan
2021
21:46
16
281
3187
Virtual karabakh

AQTA yoluxucu heyvan xəstəlikləri ilə bağlı xəbərdarlıq edir

11 Yan, 2021
21:46
3187

AQTA yoluxucu heyvan xəstəlikləri ilə bağlı xəbərdarlıq edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən Azərbaycan Respublikası ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə xəbərdarlıq edib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı (OIE) Təşkilatı tərəfindən Monteneqronun Danilovqrad (Danilovgrad) şəhəri ərazisində blutanq xəstəliyi, İsrail Dövlətinin Şimal dairəsinin ərazisində dabaq xəstəliyi, Fransanın Provans-AIp-Kot de Azur (Provence-AIpes-Cöte d’Azur) regionunun ərazisində Aueski xəstəliyi, Niderland Krallığının Şimali Brabant (North Brabant) əyalətinin və Litva Respublikasının Kaunas (Kaunas) dairəsinin ərazisində yüksək patogen quş qripi xəstəliyi, İspaniya Krallığının Rioxa (La Rioja) Muxtar əyalətinin ərazisində süngərvari ensefalopatiya xəstəliyinin yayılması müəyyən edilib.

Bununla əlaqədar olaraq, Monteneqronun Danilovqrad şəhərindən bütün növ diri iribuynuzlu və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, İsrail Dövlətinin Şimal dairəsindən bütün növ diri xırdabuynuzlu heyvanların və onlara aid məhsulların, İspaniya Krallığının Rioxa Muxtar əyalətindən diri iribuynuzlu heyvanların və onlara aid məhsulların, o cümlədən genetik materialların, tərkibinə heyvan mənşəli zülal və sümük unu əlavə olan yemlərin, həmçinin OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Niderland Krallığının Şimali Brabant əyalətindən və Litva Respublikasının Kaunas dairəsindən bütün növ diri quş və quş məhsullarının, Fransanın Provans-Alp–Kot de Azur regionundan ölkəmizə diri donuz və donuz mənşəli məhsulların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Monteneqrodan, İsrail Dövlətindən, Fransa, Litva Respublikasından, Niderland və İspaniya Krallıqlarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri