12 
Yan
2021
10:18
10
192
1406
Virtual karabakh

Lerikdə torpaq sürüşməsi qeydə alınıb - VİDEO

12 Yan, 2021
10:18
1406

Lerikdə torpaq sürüşməsi qeydə alınıb - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lerikdə torpaq sürüşməsinə qeydə alınıb. 

Baku TV xəbər verir ki, sürüşmə daha çox Veri Əliabadı kəndində hiss olunub.

Kənd sakinləri hər an evlərinin uçmaq təhlükəsi olmasından narahatdır. Kənddə əsasən çay boyunca bir kilometrə  yaxın ərazidə iki ilə yaxındır ki, sürüşmə aktivləşib. 

Son zamanlar yağıntıların çox olması torpaqda aşınma prosesini sürətləndirib. Bu da kənddə yaşayan ailələrin çoxunu haqlı olaraq narahat edir.

Qeyd edək ki, Veri Əliabadı kəndi dəniz səviyyəsindən təxminən 160 m hündürlükdə yerləşir. Burada 80-ə yaxın ev var. Torpaq sürüşməsi nəticəsində ümumilikdə 20-dən çox tikilidə irili-xırdalı çatlar yaranıb. 

Kənd icra nümayəndəliyindən isə bildirilib ki, aidiyyəti orqanlara məsələ ilə bağlı məlumat verilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri