12 
Yan
2021
16:59
35
254
1992
yuxarı
Nazirlik rəsmisi: “İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb”
12 Yan, 2021
16:59
1992
35
254
Nazirlik rəsmisi: “İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb”
“Ötən il 100-dən çox daş karxanasının vəziyyəti qiymətləndirilib”.
Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində “Ekspert saatı” verilişinin canlı yayımında nazirliyin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyin İdarə Heyətinin sədri Samir Qurbanov bildirib.
O qeyd edib ki, qiymətləndirilmə aparılan bəzi daş karxanalarının fəaliyyətində kənaraçıxmalar qeydə alınıb:
“Bunun üçün hüquqi addım atılıb”.
S.Qurbanov əlavə edib ki, İmişlidə bütün karxanaların fəaliyyətində pozuntular aşkarlanıb:
“Dronlar və yerli müşahidələr zamanı orada pozuntular aşkarlanıb. Məsələ barədə hüquq-mühafizə orqanlara müraciət edilib”.
İlhamə Əbülfət
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək