13 
Yan
2021
10:00
22
284
5755
Virtual karabakh

Rəmiş ağır əməliyyat ediləcək

13 Yan, 2021
10:00
5755

Rəmiş ağır əməliyyat ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Rafiq Hüseynovda (Rəmiş) qaraciyər transplantasiyası həyata keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə tanınmış gitara ifaçısının həkimi Nuru Bayramov məlumat verib.

Həkim “Elgizlə izlə” proqramına telefonla bağlanaraq bildirib ki, Rəmişdə hepatit C mənşəli xroniki qaraciyər xəstəliyi aşkarlanıb:

“Ağciyərində də problem var. Hazırda Rəmiş müəllimi qaraciyər transplantasiyasına namizəd kimi qəbul edirik. İndi müalicə davam edir. İlk növbədə ağciyərini yoxlayırıq. Bu arada da vaxt itirməmək üçün hepatit C-nin müalicəsinə də başlanılıb. Müalicə təxminən altı ay davam edəcək.

Qarına su yığılmağı qaraciyərindəki problemlə bağlıdır. Ağciyərində hər hansı problem olmasa, yaxın gələcəkdə qaraciyər dəyişdirilməsini həyata keçirəcəyik”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri