13 
Yan
2021
16:12
16
70
713
Virtual karabakh

Əhməd İsmayılov: “Media qurumlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün fəaliyyət planı hazırlanır”

13 Yan, 2021
16:12
713

Əhməd İsmayılov: “Media qurumlarının iqtisadi müstəqilliyinin gücləndirilməsi üçün fəaliyyət planı hazırlanır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində fəaliyyət planı hazırlanmaqdadır.

Bu barədə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Real tv”yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu media agentliyinin fəaliyyət istiqamətlərindən biridir:

“Hazırda tərəfimizdən müəyyən fəaliyyət planı hazırlanır. Bu plan çərçivəsində media subyektlərinin biznes modelinə keçməsinə dəstək göstərilməsi istiqamətlərini araşdırırıq. Bu istər media subyektlərinin yeni biznes modelə keçidlə bağlı özləri tərəfindən verilən təkliflər, istərsə də agentlik tərəfindən hazırlanan layihələrlə ola bilər.

Hazırda biz bu fəaliyyətin həyata keçirilməsini araşdırırıq. Media subyektləri, jurnalist həmkarlarla müzakirələrin aparılması gözlənilir. Bu müzakirələr nəticəsində ümumilikdə medianın ayrı sahələrində subyektlərin biznes modelinə keçid yollarını müəyyən edə bilək”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri