13 
Yan
2021
20:46
85
185
5310
Virtual karabakh

Yol infrastrukturu ilə bağlı yeni layihə test rejimində işə salındı - VİDEO

13 Yan, 2021
20:46
5310

Yol infrastrukturu ilə bağlı yeni layihə test rejimində işə salındı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yusif Səfərov layihəsi çərçivəsində sözügedən küçənin Mehdi Mehdizadə və Sabit Orucov küçələri ilə kəsişməsində quraşdırılan işıqfor obyektləri test rejimində işə salınaraq təhlillər aparılır.

Bu barədə Oxu.Az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda layihə çərçivəsində görülən işlər qeyd olunub. Mehdi Mehdizadə küçəsindən 28 May küçəsinə, Nizami küçəsindən Sabit Orucov küçəsinə birbaşa keçid imkanı yaradılıb. Nəticədə nəqliyyat vasitələrinin yürüş məsafəsi 1.5 km qısalıb. 

Yusif Səfərov küçəsindən keçməklə Ağ Şəhərdən Mərkəzi Parka yeni nəqliyyat dəhlizləri yaradılıb. Yeni yaradılan nəqliyyat dəhlizləri sayəsində Üzeyir Hacıbəyov, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələri, Neftçilər prospekti istiqamətində nəqliyyat yükü q️ismən azalacaq.

BNA sürücülərdən xahiş edir ki, gedəcəkləri istiqaməti əvvəlcədən müəyyənləşdirərək yol ayrıclarına yaxınlaşan zaman zolaqlar üzrə hərəkət qaydalarına və yol nişanlarının tələblərinə riayət etsinlər.

Könül Cəfərli  

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri