14 
Yan
2021
10:45
201
12
745
yuxarı
Bakıda sahil zolağını çirkləndirən şəxs cəzalandırıldı
Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində dəniz sahilinə bərk tullantıların atılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, sözügedən əraziyə baxış keçirilib və sahil zolağına yaxın ərazidə fərdi yaşayış evinin tikintisi zamanı formalaşan inşaat tullantılarının dəniz sahilinə atıldığı məlum olub. Faktla bağlı qanun pozucusu, fərdi yaşayış evinin sahibi vətəndaş Sadıx Babayev cərimə olunub, əraziyə cavabdeh Türkan bələdiyyəsi barəsində isə inzibati tədbir görülüb.
“Sahil zolağının qısa vaxt ərzində tullantılardan təmizlənməsi və gələcəkdə belə hallara yol verilməməsi üçün aidiyyəti qurumlara müraciət olunub”.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Cəmiyyət xəbərləri
22 
Yan
2021
18:51
Dünyaca məşhur fotoqraf daha bir erməni vəhşiliyini nümayiş etdirdi - FOTO
314
6
2370
22 
Yan
2021
18:30
"Millətin doğuluşu": Şevçenkonun Azərbaycan səfəri sonrası təəssüratları
513
9
2787