14 
Yan
2021
11:15
14
104
1000
Virtual karabakh

Əcnəbilərin Azərbaycanda qalma icazələri ilə bağlı müraciətlərində KƏSKİN ARTIM

14 Yan, 2021
11:15
1000

Əcnəbilərin Azərbaycanda qalma icazələri ilə bağlı müraciətlərində KƏSKİN ARTIM

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ölkədə müvəqqəti olma müddətinin uzadılması və iş-yaşama icazələri ilə bağlı elektron müraciətlərin sayında artım qeydə alınıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən ildə 12 599 nəfər elektron xidmətlərə müraciət edib:

“2019-cu ildə isə bu rəqəm 1 475 nəfər təşkil edib. Elektron müraciətlərin sayında 8,5 dəfə artım müşahidə olunur”.

“ASAN Xidmət”in tərtib etdiyi xidmət indeksinə əsasən, Dövlət Miqrasiya Xidməti ötən il mərkəzi icra orqanları arasında ən yüksək nəticə - 85,54 faiz göstərib”, - deyə o qeyd edib. 

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri