14 
Yan
2021
11:21
89
21
1020
Virtual karabakh

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı

14 Yan, 2021
11:21
1020

Ötən il Azərbaycana gələn əcnəbilərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2020-ci ildə ölkəyə gələn əcnəbilərin sayında dörd faiz azalma müşahidə edilir”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə ölkəyə 3 170 321 nəfər gəlib.

“Ötən il ölkəyə gələn əcnəbilərin 22 515 nəfəri Rusiya Federasiyası, 184 253 nəfəri Gürcüstan, 160 513 nəfəri Türkiyə, 72 796 nəfəri İran, 16 954 nəfəri Ukrayna, 136 030 nəfəri digər ölkələrin nümayəndələridir”, - deyə rəis qeyd edib.

O qeyd edib ki, hazırda ölkəmizdə 118 409 əcnəbi yaşayır:

“Ölkədə hazırda yaşayan əcnəbilərin 44 805 nəfəri Rusiya, 38 698 nəfəri Gürcüstan, 11 293 nəfəri Türkiyə, 4 145 nəfəri Ukrayna, 2 662 nəfəri İran, 16 806 nəfəri isə digər ölkələrin nümayəndələridir”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri