14 
Yan
2021
11:40
132
9
753
Virtual karabakh

Azərbaycanda qanunsuz miqrasiya halları iki dəfə azalıb - RƏSMİ

14 Yan, 2021
11:40
753

Azərbaycanda qanunsuz miqrasiya halları iki dəfə azalıb - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2020-ci ildə Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlanılma mərkəzlərində saxlanılan əcnəbilərin heç birində koronavirusa yoluxma qeydə alınmayıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov 2020-ci ilin yekunlarına dair keçirdiyi onlayn mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ötən il qanunsuz miqrasiya ilə bağlı qeydə alınan faktlarda 51 faiz azalma olub:

“Bu rəqəm 2019-cu ildə 14 834 olubsa, 2020-ci ildə 7 317-yə düşüb”.

“Qanunsuz miqrantların saxlanılma mərkəzlərində yerləşdirmədə 73 faiz azalma olub. 2019-cu ildə mərkəzlərə 1 237, 2020-ci ildə isə 332 nəfər yerləşdirilib”, - deyə o əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri