14 
Yan
2021
12:39
161
46
2745
Virtual karabakh

Bakıda kafedə 17 nəfər karantin qaydalarını pozdu - FOTO/VİDEO

14 Yan, 2021
12:39
2745

Bakıda kafedə 17 nəfər karantin qaydalarını pozdu - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları xidmət zamanı Bakıxanov qəsəbəsində müştərilərə yerində xidmət göstərən və karantin rejiminə əməl etməyən “Nataktari” kafesini aşkarlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, obyektin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı kafenin icarədarı Ayaz Səlimov və daha 16 müştəri saxlanılaraq 13-cü Polis Bölməsinə gətirilib. Müştərilər və obyektin icarədarı barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib. Həmin şəxslərlə profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri