14 
Yan
2021
13:33
99
83
1072
Virtual karabakh

Sabirabadda karantin rejimini pozan çayxana aşkarlandı, 20 nəfər cərimələndi

14 Yan, 2021
13:33
1072

Sabirabadda karantin rejimini pozan çayxana aşkarlandı, 20 nəfər cərimələndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayonun Şıx Salahlı kəndi ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Çayxananın sahibi və orada olanlardan 19 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub, digərlərinə isə ciddi xəbərdarlıqlar edilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri