15 
Yan
2021
10:00
140
23
3830
Virtual karabakh

“Umico” Azərbaycanda çatdırılma xidməti və təhvil məntəqələri olan ən böyük onlayn marketpleysi işə salır

15 Yan, 2021
10:00
3830

“Umico” Azərbaycanda çatdırılma xidməti və təhvil məntəqələri olan ən böyük onlayn marketpleysi işə salır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda ən populyar keşbək tətbiqi olan “Umico”da yeni onlayn alış-veriş xidməti olan Umico Market işə salınıb. 

“Umico Market” müxtəlif satıcılardan olan məhsulları ünvanınıza və yaxud yaxınlığınızda yerləşən sifarişlərin təhvil məntəqəsinə çatdırılma ilə əldə etmək imkanını verir. Bu xidmət “Umico” iOS və Android üçün olan tətbiqlərdə və umico.az saytında mövcuddur. 

“Umico” Market”də müxtəlif satıcıların çeşidini və qiymətlərini evdən çıxmadan müqayisə etmək olar. Hazırda məişət texnikasıelektronikakosmetika və parfümeriya kategoriyalarında 20 000-dən çox məhsul mövcuddur, yaxın zamanda isə idman üçün məhsullar, ev üçün məhsullar, ana və uşaq məhsulları da mövcud olacaq. “Umico Market” Azərbaycanda ən geniş çeşidi təqdim etməyə söz verir. Ölkəmizin ən iri riteylerləri “Umico” Market”in tədarükçüləridir. 

Alınacaq məhsulları seçdiyinizdən sonra, “Umico” Çağrı mərkəzinin operatoru sifarişi təsdiq etmək üçün sizinlə əlaqə saxlayacaq. Çağrı mərkəzi bütün sifariş verdiyiniz məhsulların əldə olub-olmaması haqda məlumat verəcək, ödəmə üsulunu, çatdırılma vaxtını və yerini dəqiqləşdirəcək. Məhz buna görə sifarişinizin ciddi nəzarət altında olmasından əmin ola bilərsiniz. 

Çatdırılmanı “Umico Market”in özəl çatdırılma xidməti yerinə yetirir. Çatdırılmanı ya evinizə, ya da artıq Bakı şəhərində mövcud olan sizə uyğun təhvil məntəqələrinin birinə sifariş edə bilərsiniz.

“Umico Market”də aliş-verişlərinizin ödənişini həm bank kartı vasitəsi ilə onlayn, həm təhvil alanda nağd və ya kart vasitəsi ilə edə bilərsiniz. Sifarişlərin ödənişində “Visa” beynəlxalq ödəniş sisteminin bazasında “Umico” və “Kapital Bank” tərəfdaşlığı sayəsində yaradılan “BirKart” “Umico” kobrend kartını istifadə etsəniz, “Umico” bonusları ilə əlavə 1,5% kəşbək qazanacaqsınız.

Yanvar ayının sonuna kimi “Umico Market” beta test rejimində işləyir. Bütün bu müddət ərzində sifarişlər pulsuz çatdırılacaq. Yaxın gələcəkdə taksitlə alış-veriş etmək və ödənişi “Umico” bonusları ilə etmək imkanı mövcud olacaq.

Pandemiya dövründə “Umico” riteyl şirkətləri əməkdaşlığa dəvət edir. Bu, platformanı və logistika xidmətini istifadə edərək “Umico Market”də onlayn satış etmək imkanıdır. Şirkətimizin əməkdaşları sizə inteqrasiya ilə, məhsul çeşidinin sayta yerləşdirilməsi üçün rəqəmsal şəkilə salınmasında və anbarda qalıqların sayını idarə edən sistemin qurulmasında kömək edəcək. Əməkdaşlıq haqqında ətraflı məlumatı umico.az saytında əldə etmək olar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri