15 
Yan
2021
15:43
124
18
2703
Virtual karabakh

İmtahanlarda güzəştlərin olması barədə TƏKLİF

15 Yan, 2021
15:43
2703

İmtahanlarda güzəştlərin olması barədə TƏKLİF

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İmtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir”.

Oxu.Az-ın müxbirinin verdiyi məlumata görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

Onun sözlərinə görə, ötən ilin dekabrında imtahan sessiyasının keçirilməsi haqqında əmr imzalanıb:

“Sessiya imtahanları onlayn qaydada dörd həftə ərzində keçiriləcək. Əslində, keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu, bütün təhsil sistemi üçün bir çağırışdır. Ən vacib məsələ odur ki, bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi”.

“Pandemiya şəraitində yazılı imtahanlar olsa da, əsasən şifahi formaya keçirilib. Pandemiyadan sonra bəlkə yaz, bəlkə də daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik”, - deyə o əlavə edib.

İlhamə Əbülət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri