15 
Yan
2021
15:47
100
17
1150
Virtual karabakh

Köçürülən tələbələrin bəzi imtahanları nəzərə alınmaya bilər

15 Yan, 2021
15:47
1150

Köçürülən tələbələrin bəzi imtahanları nəzərə alınmaya bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Fevralın 1-dən köçürülən tələbələrin bəzi imtahan nəticələri nəzərə alınmaya bilər”.

Oxu.Az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli bildirib.

Onun sözlərinə görə, artıq gələn ayın 1-dən tələbə köçürmələrinə başlanılır:

“Fevralın 1-dən tələbə köçürmələri prosesi başlanılsa da, sessiya imtahanları bitməyəcək. Transfer zamanı tələbələrin imtahan verəcəkləri fənn üzrə qiymətləri nəzərə alınacaq”.

“Köçürülən tələbələrin vermədikləri imtahanlar isə transfer üçün heç bir problem yaratmayacaq”, - deyə o əlavə edib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri