16 
Yan
2021
10:48
195
42
1288
Virtual karabakh

Ölkədə qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,5 faiz artıb

16 Yan, 2021
10:48
1288

Ölkədə qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,5 faiz artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 37,1 milyard manatlıq məhsul istehsal edilib.

Oxu.Az-ın dövlət statistika komitəsindən əldə etdiyi məlumata görə, 2019-cu illə müqayisədə sənaye məhsulunun istehsalı 5 faiz azalıb.

Neft-qaz sektorunda sənaye məhsulu istehsalı 6,9 faiz azaldığı halda, qeyri neft-qaz sektorunda məhsul istehsalı 12,5 faiz artıb.

Sənaye məhsulunun 61,3 faizi mədənçıxarma sektorunda, 32,5 faizi emal sektorunda, 5,3 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6,3 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 10,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 9,6 dəfə, ağac emalı və ağacdan məmulatların istehsalı 67,4 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 47 faiz., kağız və karton istehsalı 36,9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 34,5 faiz, geyim istehsalı 32,7 faiz, kimya sənayesi məhsullarının istehsalı 20,5 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,5 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 11,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 7,4 faiz, hazır metal məmulatlarının istehsalı 7,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,7 faiz artıb. 

Tikinti materiallarının istehsalı 0,1 faiz, qida məhsullarının istehsalı 2,1 faiz, poliqrafiya məhsullarının istehsalı 2,3 faiz, neft məhsullarının istehsalı 3,6 faiz, maşın və avadanlıqların istehsalı 5,1 faiz, tütün məmulatlarının istehsalı 7,9 faiz, içkilərin istehsalı 13,7 faiz, mebel istehsalı 26,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 41,3 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,4 faiz artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,4 faiz azalıb.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri