16 
Yan
2021
10:41
505
65
14884
Virtual karabakh

Bərbərxana və gözəllik salonları açılır - RƏSMİ + VİDEO

16 Yan, 2021
10:41
14884

Bərbərxana və gözəllik salonları açılır - RƏSMİ + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlərin fəaliyyəti bərpa edilir. 

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Qərara əsasən, bu xidmət sahələrində fəaliyyət 2021-ci il 25 yanvar saat 00:00-dan etibarən mümkün olacaq. 

Bundan başqa, ticarət obyektlərinin (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət və iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla), muzey və sərgi zallarının fəaliyyəti də bərpa edilir. 

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri