16 
Yan
2021
14:26
143
44
1130
Virtual karabakh

Tərtərdə karantin qaydalarını pozan oyun zalı aşkarlandı

16 Yan, 2021
14:26
1130

Tərtərdə karantin qaydalarını pozan oyun zalı aşkarlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Bu istiqamətdə keçirilən tədbirlər zamanı rayon ərazisində qanunsuz şəkildə fəaliyyət göstərən kompüter oyunları zalı aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı rayon ərazisində yerləşən kompüter oyunları zalının xüsusi karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi aşkar edilib.

Qayda pozuntusuna yol vermiş, obyektin icarədarı da daxil olmaqla, ümumilikdə yeddi nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək cərimə olunublar.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri