16 
Yan
2021
14:57
168
32
3926
Virtual karabakh

İctimai iaşə obyektlərində karantin dövründə diqqət edilməli məqamlar - VİDEO

16 Yan, 2021
14:57
3926

İctimai iaşə obyektlərində karantin dövründə diqqət edilməli məqamlar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə müəssisələrində koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı maarifləndirmə işlərini davam etdirir.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Agentlik tərəfindən insanların sıx toplaşdığı ictimai iaşə müəssisələrində COVID-19 virusu ilə mübarizəyə aid maarifləndirici yeni videoçarx hazırlanıb.

Videoçarxda sahibkarlar xəstəliyin yayılmaması üçün əks-epidemik tədbirlərə ciddi riayət etməyə, ictimai iaşə müəssisələrində karantin rejiminin tələblərini daim diqqət mərkəzində saxlamağa dəvət olunurlar. Tövsiyə olunur ki, hər kəs ictimai iaşə müəssisələrində sağlamlığın qorunması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarlara və müəyyənləşdirdiyi qaydalara mütləq əməl etməlidir. Belə ki, insanların sıx toplaşdığı mühit infeksiyanın yayılma intensivliyinə birbaşa təsir etdiyindən COVİD-19-un profilaktikası məqsədilə hər bir ictimai iaşə müəssisəsində müştəri qəbulu 2 dəfə azaldılmalı, hər adambaşına müəyyən edilən sahə isə 2 qat artırılmalıdır. Həmçinin qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Eləcə də, ictimai iaşə müəssisələrində mütəmadi olaraq təmizlik-dezinfeksiya işlərinin aparılmasının vacibliyi vurğulanıb.

Videoçarxda ictimaiyyətə iaşə obyektlərində xidmətin mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələbinə uyğun təşkil olunmasının zəruriliyi qeyd edilib. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri