16 
Yan
2021
22:03
372
52
4110
Virtual karabakh

Hirkan Milli Parkındakı yanğın lokallaşdırılıb

16 Yan, 2021
22:03
4110

Hirkan Milli Parkındakı yanğın lokallaşdırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hirkan Milli Parkının Astara rayonu ərazisində - yüksək dağlıq sahədə baş vermiş yanğın lokallaşdırılıb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib:

“Yerli qurumlardan aldığımız məlumata görə, yanğının dağlıq ərazidə baş verməsi, havanın küləkli olması odun söndürülməsində müəyyən çətinliklər yaratsa da, artıq yanğının lokallaşdırılmasına nail olunub”.

Nazirlik rəsmisi qeyd edib ki, hazırda yanğının tam söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri