17 
Yan
2021
11:30
246
189
11815
Virtual karabakh

Siyavuş Aslanın oğlu: “Qızımı məndən gizlədirlər” - VİDEO

17 Yan, 2021
11:30
11815

Siyavuş Aslanın oğlu: “Qızımı məndən gizlədirlər” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz ARB-nin "Elgizlə izlə" proqramına gəlib. O, küçədə qaldığını söyləyib.

Çingiz sığınacaqda qaldığını, amma artıq vaxt bitdiyini və qalmağa yeri olmadığını söyləyib:

"Orada az qala bilirsən. Altı ay vaxt verilir. Üç ilə yaxındır orada qalıram, mənə çox hörmət edilib. İndi küçədə qalıram".

Axşam.az xəbər verir ki, Çingiz spirtli içki içdiyini etiraf edib. O bildirib ki, atasından qalan evi satıblar:

"Qardaşımla evi satdıq ki, biznes quraq. Amma alınmadı. Meyvə işi ilə məşğul olurdum, kirayədə qalırdım. Qardaşım Moskvadadır. Ailə qurdum, ayrıldıq. Qızım xaricdə yaşayır. Məndən onu gizlədirlər. Ailəlidir. Fərsiz ata olmuşam.

"Bizimləsən" proqramında qızı tapdılar, deyib, atamı görmək istəyirəm. Amma telefonum olmadığı üçün məni tapmadılar".

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri