17 
Yan
2021
18:10
412
28
3337
Virtual karabakh

Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi üçün təyyarə cəlb olunub - VİDEO

17 Yan, 2021
18:10
3337

Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi üçün təyyarə cəlb olunub - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. 

Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, nazirlik tərəfindən Yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir.

Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin “BE-200ÇS” tiplı amfibiya təyyarəsi cəlb olunub. 

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri