18 
Yan
2021
11:27
479
12
6004
Virtual karabakh

Köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə veriləcəyi vaxt açıqlandı - RƏSMİ

18 Yan, 2021
11:27
6004

Köçkünlər üçün tikilmiş mənzillərin şəhid ailələrinə veriləcəyi vaxt açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Keçmiş köçkünlər üçün tikilmiş mənzillərin Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinə verilməsi üçün həmin mənzillərin Nazirliyin balansına verilməsi prosesi bitmək üzrədir”.

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

“Bu yeni mühüm proqram şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin evlə təminatında növbəti ciddi irəliləyişə imkan verəcək”, - deyə nazir müavini əlavə edib.

A.Kərimov qeyd edib ki, yaxın həftələr ərzində bu evlərin verilməsi planlaşdırılır.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri