18 
Yan
2021
11:41
402
13
3526
Virtual karabakh

Yüksək texnologiyalı protezlə təmin olunan qazilərin sayı açıqlandı

18 Yan, 2021
11:41
3526

Yüksək texnologiyalı protezlə təmin olunan qazilərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Son bir ayda qazilərə 530 reabilitasiya vasitəsi verilib. Eyni zamanda, altı qazi yüksək texnologiyalı səkkiz protezlə təmin olunub”.

Oxu.Az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ötən il sosial sahədə görülən işlərə və 2021-ci ilin sosial hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Nazir müavini bildirib ki, hazırda da bu sahədə işlər davam edir.

A.Kərimov diqqətə çatdırıb ki, son iki ildə 10-dan çox bölgədə, o cümlədən 2020-ci ildə 6 bölgədə (Lənkəran, Xaçmaz, Şirvan, Şəki, Sumqayıt, Göygöl) müasir reabilitasiya və sosial xidmət müəssisələri açılıb:

“Yaxın aylarda dörd müasir reabilitasiya və sosial xidmət müəssisəsi də açılacaq. Ümumilikdə son illər qurulan müasir reabilitasiya sistemi yaralanmış qazilərimizin səmərəli tibbi-sosial reabilitasiya xidmətləri ilə əhatə olunmasına şərait yaradıb. Eyni zamanda, yaralanmış qazilərimiz reabilitasiya vasitələri, xüsusilə də müasir, yüksək texnologiyalı protezlərlə təminatı istiqamətində ardıcıl işlər aparılır”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri