18 
Yan
2021
15:54
152
9
2027
Virtual karabakh

2020-ci ildə aşırılan nəqliyyat vasitələri və konteynerlərin sayı rekord səviyyədə olub - FOTO

18 Yan, 2021
15:54
2027

2020-ci ildə aşırılan nəqliyyat vasitələri və konteynerlərin sayı rekord səviyyədə olub - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci ildə Bakı Limanının yük dövriyyəsi 20 faiz artıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən Oxu.Az-a verilən məlumata əsasən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun mühüm hissəsi olan limanda ümumi yükaşırmanın həcmi 4,8 milyon tondan çox olub. Tranzit yüklərin payı ümumi yükaşırmanın 87 faizini təşkil edib.

Bildirilib ki, 2020-ci ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin və konteynerlərin sayı son 30 ilin rekord səviyyəsində olub. Hesabat dövründə irihəcmli nəqliyyat vasitələrinin sayı keçən ilin müvafiq dövrünə nisbətən 28 faiz artaraq 43 min 218 ədəd olub. Bunlardan 27 min 934 ədədi (65 faiz) Bakı-Türkmənbaşı-Bakı, 15 min 284 ədədi isə (35 faiz) Bakı-Kurık-Bakı istiqamətində hərəkət edib.

Aşırılan konteynerlərin sayında isə 15 faiz artım qeydə alınıb və TEU ekvivalentində 40 min 345 konteynerə çatıb. Quru yük terminalında aşırılan yüklərin həcmi isə 2,8 dəfə artaraq 711,7 min ton təşkil edib.

Beləliklə, son beş illə müqayisədə irihəcmli nəqliyyat vasitələrinin aşırılmasında beş dəfə, konteynerlərdə üç dəfə, quru yük terminalında isə aşırılan yüklərin həcmində 3,5 dəfə artım qeydə alınıb.

Digər ciddi artımlardan biri isə Dübəndi neft terminalında aşırılan neft və neft məhsullarının həcmində qeydə alınıb. 2020-ci il aşırılan neft və neft məhsullarının həcmi 2019-cu ilə nisbətən 1,5 dəfə artaraq 498 min 577 ton təşkil edib.

Bakı Limanının Bərə terminalında vaqon aşırılmasında qismən azalma müşahidə olunub. 2019-cu ilə nisbətən 2020-ci ildə vaqon aşırılması 15 faiz azalaraq 37 min 447 ədəd olub. Bunlardan, 19 min 761 vaqon Bakı-Türkmənbaşı-Bakı (53 faiz), 17 min 686 vaqon isə Bakı-Kurık/Aktau-Bakı (47 faiz) istiqamətində hərəkət edib.

2020-ci ildə COVID-19 pandemiyası ilə bağlı sərhədlərdə tətbiq olunan məhdudlaşmalar səbəbindən sərnişin daşınmasında azalma olub və 25 min 609 nəfər təşkil edib.

Bakı Limanında peşəkar tibb personalı tərəfindən COVID-19 pandemiyası ilə bağlı analizlərin götürülməsi təşkil edilib və analoji təcrübə ən çox xarici sürücülərin daxil olduğu “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsində də tətbiq edilib. 2020-ci ildə 21 min 599 nəfər beynəlxalq yükdaşıma iştirakçısı testdən keçib. Onlardan 14 min 411 nəfəri Bakı Limanında, 7 min 188 nəfəri isə “Qırmızı Körpü”də test edilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri