18 
Yan
2021
16:12
43
177
1136
Virtual karabakh

Ağdaşda karantin qaydalarını pozan kafe və çayxana aşkar edilib - VİDEO

18 Yan, 2021
16:12
1136

Ağdaşda karantin qaydalarını pozan kafe və çayxana aşkar edilib - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaşda xüsusi karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe və çayxana aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən kafenin işlədiyi məlum olub. Obyektə baxış zamanı kafeni işlədən Mahmud Əhmədovun və 14 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib. Həmin şəxslər Polis Şöbəsinə gətirilib və barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Digər bir tədbir zamanı isə şəhər parkının ərazisində yerləşən çayxananın işlədiyi müəyyən edilib. Qaydaları pozduqları üçün icarədar və orada olan 12 müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunaraq cərimələniblər.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri