18 
Yan
2021
15:21
11
111
1047
Virtual karabakh

Parlamentin Elm və təhsil komitəsi yaz sessiyasında hansı işləri görəcək?

18 Yan, 2021
15:21
1047

Parlamentin Elm və təhsil komitəsi yaz sessiyasında hansı işləri görəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formada ilk iclası keçirilib.

Bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.

Komitə sədri Bəxtiyar Əliyev 2020-ci ilin payız sessiyası ərzində görülən işlərin hesabatını təqdim edib.

Qeyd olunub ki, hesabat dövründə komitənin 13 iclası keçirilib və 26 məsələ müzakirə edilib. Bildirilib ki, “Təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” və digər vacib sənədlərdə edilən mühüm dəyişikliklər qanunvericiliyin möhkəmləndirilməsində, sözügedən sahələrdə mövcud olan boşluqların aradan qaldırılmasında mühüm rol oynayıb.

Bəxtiyar Əliyev hesabat dövründə vətəndaşlardan komitəyə 328 ərizə, məktub və müraciətin daxil olduğunu bildirib. Vətəndaşların qeyd etdiyi problemlərlə bağlı müraciətlər komitə sədri tərəfindən aidiyyəti qurumlara ünvanlanıb.

Bəxtiyar Əliyev ötən ilin avqustunda Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə komitə üzvlərinin videoformatda görüşünün keçirildiyini, COVİD-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpasına və yeni dərs ilinə hazırlıqla bağlı məsələlərin geniş müzakirə edildiyini vurğulayıb. Hesabat məqbul hesab edilib.

Sonra onlayn iclasda komitənin 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə edilib. Bəxtiyar Əliyev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib.

Qeyd edilib ki, qarşıdakı sessiyada komitədə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq, digər vacib qanunlar üzərində iş davam etdiriləcək. Komitənin iş planı yekdilliklə təsdiqlənib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri