18 
Yan
2021
16:06
806
17
2543
Virtual karabakh

Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi

18 Yan, 2021
16:06
2543

Şəhidin öz istəyi ilə oğluna Hüseyn adı verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vüsal Məmmədovun bu gün övladı dünyaya gəlib. 

Bu barədə “Qafqazinfo”ya şəhidin yaxınları məlumat veriblər.

Məlumata görə, körpə oğlandır və sağlamlığı yerindədir: “Hələ cinsiyyəti məlum olanda atası adının Hüseyn olmasını istəmişdi. Onun arzusuna uyğun olaraq, uşağa Hüseyn adı verilib”.

Qeyd edək ki, 30 yaşlı şəhid Vüsal Qüdrət oğlu Məmmədov cəmi yeddi ay idi ki, ailə qurmuşdu. O, XTQ-nin tərkibində kəşfiyyatçı dalğıc vəzifəsində xidmət edib. Oktyabrın 12-də Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri