18 
Yan
2021
15:17
149
23
1711
Virtual karabakh

Teleradio Şurası büdcəyə qaytardığı pulun həcmini açıqladı

18 Yan, 2021
15:17
1711

Teleradio Şurası büdcəyə qaytardığı pulun həcmini açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Televiziya və Radio Şurası (MTRŞ) dövlət  büdcəsindən maliyyələşmiş vəsaitdən 39 min 327 manat 52 qəpik vəsaiti büdcəyə qaytarıb.

Bu barədə MTRŞ-nın 2020-ci il üzrə Maliyyə Hesabatında yazılıb.

İllik plana əsasən Dövlət büdcəsindən 1 milyon 364 min 581 manat vəsait ayrılması nəzərdə tutulub. Lakin dürüstləşmiş büdcə kimi dövlət büdcəsindən 1 milyon 326 min 663 manat vəsait ayrılıb.

İl ərzində büdcədən maliyyələşdirilmiş vəsaitin isə 1 milyon 226 min 205 manat 48 qəpiyi aidiyyəti üzrə istifadə olunub..

Prezidentin 22 iyul 2020-ci il tarixli sərəncamına əsasən Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarına “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan MTRŞ-ya üç milyon manat vəsait ayrılıb. Həmin vəsait altı özəl telekanalın hesabına köçürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri