18 
Yan
2021
16:30
174
19
4694
Virtual karabakh

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlərin NƏZƏRİNƏ

18 Yan, 2021
16:30
4694

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlərin NƏZƏRİNƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

İdarədən bildirilib ki, qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları” əsasında keçirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri