19 
Yan
2021
12:00
195
6
2451
Virtual karabakh

Təltif edilən şəhid təhsil işçiləri - FOTO

19 Yan, 2021
12:00
2451

Təltif edilən şəhid təhsil işçiləri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

44 günlük Vətən müharibəsində 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri ölümündən sonra müxtəlif dərəcəli medallarla təltif edilib.

Qeyd edilib ki, şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7 nəfəri “Şuşanın azad olunmasına görə”, 3 nəfəri “Füzulinin azad olunmasına görə”, 2 nəfəri “Xocavəndin azad olunmasına görə”, 4 nəfəri “Cəsur döyüşçü”, 5 nəfəri “Qubadlının azad olunmasına görə”, 4 nəfəri “Döyüşdə fərqlənməyə görə”, 5 nəfəri “Cəbrayılın azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə”, 2 nəfəri isə “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri