19 
Yan
2021
12:42
164
13
1724
Virtual karabakh

Pensiya, müavinət və təqaüd təyinatı aparılan şəhid ailələrinin sayı açıqlandı

19 Yan, 2021
12:42
1724

Pensiya, müavinət və təqaüd təyinatı aparılan şəhid ailələrinin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu  (DSMF) tərəfindən bu günədək artıq 2 778 şəhidin 6 790 ailə üzvünə sosial təminat növləri üzrə  ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub. 

Bu barədə qurum məlumat yayıb.

Təyinatların aparılması işinin operativ təşkili üçün DSMF-də əməkdaşlar səfərbər edilib və bu fəaliyyət istiqaməti üzrə xüsusi işçi qrup yaradılaraq fəaliyyətə başlayıb. 

Şəhid ailələri üzvlərinin müraciəti olmadan və təyinat aparılması üçün zəruri sənədlər Fondun əməkdaşları tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla sosial ödənişlər təyin olunub. Elektron qaydada, proaktiv şəkildə həyata keçirilən bu proses artıq yekunlaşmaq üzrədir. 

Təyin olunmuş sosial ödənişlər barədə şəhid ailələrinə məlumatlar verilməklə, bir çox hallarda təqaüd kartları onlara elə öz ünvanlarına aparılaraq təqdim olunur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri