20 
Yan
2021
06:00
10
152
3196
Virtual karabakh

COVID-19-a yoluxma və yoluxdurmanın aşağı olduğu yaş qrupu

20 Yan, 2021
06:00
3196

COVID-19-a yoluxma və yoluxdurmanın aşağı olduğu yaş qrupu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada pandemiya səbəbilə bir çox ölkələrdə təhsil distant formada keçilir.

Ancaq Niderlandda alimlər ibtidai sinif şagirdlərində COVID-19-a yoluxma və ətrafa yoluxdurma imkanının çox az olduğu ilə bağlı araşdırma yayımlayıblar.

NTV xəbər verir ki, tədqiqatçılar 80 yaşdan yuxarı şəxslərin viral yükünün on iki yaşdan aşağı uşaqlardan 12 dəfə çox olduğunu kəşf ediblər.

Aparılan tədqiqatlar çərçivəsində 2020-ci ilin 1 yanvarından 1 dekabrına qədər Şimali Niderlandda 250 min insana COVID-19 testi edilib.

Test edilənlərin 2 500-dən çoxu 20 yaşdan aşağı şəxslər olub ki, onların da 238-i on iki yaşdan kiçik olub. Bu da yuxarıda qeyd edilən nəticəyə gətirib çıxarır.

Bununla birlikdə, nəticələrdən bu qənaətə gəlmək olur ki, uşaqlar yaşlılara nisbətən koronavirusdan daha az təsirlənirlər. Pandemiya boyu uşaqlarda qrip də daxil olmaqla digər tənəffüs yolları xəstəliklərinə yaşlılarla müqayisədə daha az rast gəlinib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri