19 
Yan
2021
16:41
78
67
3639
Virtual karabakh

Bakıda COVID-19 testi mağazalarda satılır? - AÇIQLAMA

19 Yan, 2021
16:41
3639

Bakıda COVID-19 testi mağazalarda satılır? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mağazalarda koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə bağlı testlər satılır.
Bu barədə foto sosial şəbəkələrdə yayılıb.

“Hörmətli müştərilər satışda COVID-19 testi var. Qiyməti 30 manat”, – deyə qeyd edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-a bildirilib ki, ekspress testlərdən bütün dünyada istifadə olunur:

“Həmin testin dəqiqliyi PZR testləri ilə müqayisədə zəifdir”.

Qurumdan qeyd edilib ki, ev şəraitində insanların ekspress testlərdən istifadə etməsinə hər hansı qadağa qoyulmayıb:

“Bu, hər kəsin şəxsi istəyi ilə bağlıdır. Məlumat üçün bildirək ki, ümumilikdə hər hansı dərman vasitəsinin və bu cür testlərin ölkəmizə gətirilməsi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətində deyil”.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri